Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!


C.G.İyul 6, 2008 10:00

Kepkaya ithaf olunur

…Olsun ki, yapçıdan gələcək rüşvət,
Tez ol qafiyə tap, düşübdür fürsət.
Bas-bağla seçkidən, neftdən, gəlirdən,
Bəlkə də deputat keçdin belə sən.

Davamı...

HamımızŞərhlər(0)     Baxış sayı:177
C.G.May 20, 2008 16:02
Sayta (http://www.azembassy.us/new/pages.php?name=about_azerbaijan_index& ) daxil olub, saytdakı rəsmi məlumatlarla maraqlandım. İlk diqqətimi çəkən məlumat məni (ən azından) dəhşətə gətirdi. "NATIONAL HOLIDAYS" bölümündə 20 Yanvar- Şəhidlər günü milli bayram kimi qeyd olunub. Xalqımızın matəm gününü bu cür mötəbər və rəsmi saytda  milli bayram günü kimi qeyd etmək bizim özümüzə vura biləcəyimiz ən ağır zərbələrdəndir. Bu cür məlumat hətta texniki xəta olaraq gedibsə belə (hərçənd ki, buna qətiyyən inanmaq olmur), öz əleyhimizədir və həm utandırıcıdır, həm də dəhşətdir.
Davamı...

HamımızŞərhlər(3)     Baxış sayı:223
C.G.Oktyabr 15, 2007 9:01
Misima
Yukio Misima (Kamitake Xiraoka)- Yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. 14 yanvar 1925-ci ildə Yaponiyada, Tokio şəhərində doğulub. İlk qısa hekayəsini on altı yaşında ikən “Yukio Misima” təxəllüsü ilə çap etdirib. İkinci dünya müharibəsindən sonra Tokio universitetində hüquqi təhsil alıb və 1948-1949-cu illərdə Maliyyə Nazirliyində çalışıb. “Maskanın etirafları”, “Qızıl Pavilyonun Qülləsi”, “Qadağan edilmiş güllər”, “Dənizin rədd etdiyi dənizçi”, “Günəş və Polad” və digər romanların müəllifidir. 40 roman, ekranlaşdırılmış 15 əsər, Yaponiya, Amerika və Avropada səhnələşdirilmiş 18 əsər, 10 esselər və hekayələr kitabının müəllifi 7 dəfə Yer kürəsini səyahətə çıxıb, adı Nobel mükafatına namizədlər siyahısına 3 dəfə salınıb.
25 noyabr 1970-ci ildə xarakiri edib.
Davamı...

Ədəbi tərcüməŞərhlər(0)     Baxış sayı:206
C.G.İyul 25, 2007 14:27

Ölümündən sonra Avel Kaini gördü. Səhrada gedirdilər, hündür boyları onları uzaqdan göstərirdi. Yerdə oturdular, ocaq qaladılar və yeməklərini qızdırdılar. Ağır gündən sonra yorulan hər kəs kimi susurdular.

Davamı...

Ədəbi tərcüməŞərhlər(0)     Baxış sayı:327
C.G.İyul 25, 2007 13:49

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

  Davamı...

HüquqŞərhlər(1)     Baxış sayı:712
C.G.İyul 25, 2007 10:47
Dünyanı daha coşqun şəkildə qavrayıb, duyğuların təşkilatlanma forması olan sənətdə düşüncələr işarələrə, simvollara çevrilmədikcə yetkin bir sənətdən danışa bilmərik. Düşüncə niyə, nə üçün ətrafında şərhlər apararkən, sənətçi yaşamı göstərib işarə edər. Öz toplumunun ruhunu içində daşıyan yazarlar da özlərini yazsalar belə, ümumini ifadə etmirlərmi? Çünki fərd toplum, toplum da fərddir.
Davamı...

Ədəbi tərcüməŞərhlər(0)     Baxış sayı:200
C.G.İyul 24, 2007 21:59
Öz-özlüyündə o, Heç Kim idi; başqalarıyla hətta tarixin ən pis surətində də uyğunluğu olmayan üzündə və saysız-hesabsız, xəyali, əlaqəsiz sözlərində yalnız kimsənin görmədiyi soyuqluq, röya gizlənirdi. Əvvəlcə ona elə gəlirdi ki, bütün insanlar da onun kimidir, amma sonradan dostuna özündəki boşluq haqda danışmağa çalışanda dostunun karıxıb qalması onu əmin etdi ki, səhvi var və həmişəlik başa saldı ki, başqalarından fərqlənmək olmaz.
Davamı...

Ədəbi tərcüməŞərhlər(2)     Baxış sayı:304
C.G.İyul 24, 2007 14:27
- Keçmişdə, - Qoca dedi, - Birləşmiş Ştatlar da, Rusiya da, İngiltərə də, İspaniya da, Rusiya da, İngiltərə də, Birləşmiş Ştatlar da vardı. Ölkələr. Suveren dövlətlər. Millətlər. Xalqlar.
- Qoca, xalqlar indi də var.
- Sən kimsən? – Qoca qəfildən soruşdu.
- Tomam.
- Tom?
- Yox, Tom.
- Elə mən də “Tom” dedim.
- Qoca, siz düz tələffüz etmədiz. Başqa Tomun adını çağırdız.

Davamı...

Ədəbi tərcüməŞərhlər(0)     Baxış sayı:2197
C.G.İyul 24, 2007 13:59

Kiçik stansiyadakı saatlar dünənki gecəni- saat on biri göstərirdi. Mən mehmanxanaya yola düşdüm. Burda adamın yalnız çoxdan tanıdığı yerlərdə duya biləcəyi sakitlik, rahatlıq hiss edirdim. Geniş darvazalar taybatay açılmış, malikanə alaqaranlığa qərq olmuşdu. İnteryerin detalları və rənglərini dumanlı əks etdirən tutqun güzgüləri olan zala girdim. Təəccüblüdür, sahib məni tanımadı. O, qeydiyyat kitabını uzatdı. Qələmi götürdüm, ucunu bürünc mürəkkəbqabına saldım və açıq səhifələrin üzərinə əyiləndə məni bu gecə izləyən çoxsaylı gözlənilməzliklərdən birinciylə rastlaşdım. Mənim adım, Xorxe Luis Borxes, kitabda yazılmışdı, mürəkkəbi də hələ qurumamışdı. Sahib dedi:
- Mənə elə gəldi ki, siz artıq qalxmısınız….- lakin diqqətlə baxıb üzr istədi- Bağışlayın, senyor. Başqası var, sizə çox oxşayır, amma siz cavansınız.
- Hansı nömrədədir? – mən soruşdum.
- On doqquzuncunu istəyib, - cavab verdi. Qorxduğum da elə bu idi.

Davamı...

Ədəbi tərcüməŞərhlər(0)     Baxış sayı:283
  Yazılar cəmi: 9   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog